Naqif Həmzəyev Gəncədə erməni terroruna məruz qalan ərazidə muzey yaradılmasının tezləşdirilməsini istəyib

Naqif Həmzəyev,  Milli Məclisin deputatı

© APA | Naqif Həmzəyev, Milli Məclisin deputatı

# 23 noyabr 2021 12:29 (UTC +04:00)

“İkinci Qarabağ müharibəsində erməni terroruna məruz qalan şəhərlərdən biri də Gəncə idi. Bu ərazinin açıq muzey olması ilə bağlı məsələ gündəmdə olsa da, öz həllini tapmayıb”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, hazırda həmin ərazidə aşınmalar var: “Xahiş edirəm bu məsələnin ən qısa vaxtda həll edilməsi üçün işlər görülsün”.

O, həmçinin, tələbə, şagird və müəllimlərə nəqliyyatdan istifadə ilə bağlı güzəştlər müəyyən olunmasını təklif edib: “Bu güzəştlər şəhid ailələri və qaziləri də əhatə etməlidir. Eyni zamanda Gəncə sakinlərini narahat edən məsələlərdən biri Gəncə-Bakı sürət qatarı ilə bağlıdır. Təklif edirəm ki, bu qatarın işinin bərpası üçün "Azərbaycan Dəmir Yolları" QSC-yə müvafiq vəsait ayrılsın”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR