Naxçıvanda Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib

Naxçıvanda Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
# 27 sentyabr 2021 16:20 (UTC +04:00)

Sentyabrın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Anım Günü ilə əlaqədar Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydanındakı Xatirə Kompleksini ziyarət edib, abidə önünə güllər qoyub, şəhidlərin xatirəsinə ehtiramını bildirib.

APA-nın xəbərinə görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, nazirlik, komitə, xidmət və baş idarələrin, müəssisə və təşkilatların, ali məktəblərin, hərbi hissələrin, Türkiyə Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş konsulluğunun əməkdaşları və Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndələri də xatirə kompleksini ziyarət ediblər.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. “Qurani-Kərim”dən ayələr oxunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR