Nazirlik: Bu il cərimə və islah işlərinin icrası ilə bağlı dövlət büdcəsinə 660 min manatdan çox vəsaitin ödənilməsi təmin olunub

Ədliyyə Nazirliyi

© APA | Ədliyyə Nazirliyi

# 28 iyul 2021 19:56 (UTC +04:00)

Bu ilin birinci yarısında cərimə və islah işlərinin icrası ilə bağlı dövlət büdcəsinə 660 min manatdan çox vəsaitin ödənilməsi təmin olunub.

APA-nın məlumatına görə, bunu Ədliyyə Nazirliyində Probasiya Xidməti tərəfindən ilin birinci yarımilində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrası üzrə görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə
Müşavirədə Probasiya Xidmətinin rəisi, baş probasiya məmuru Akşin Ziyadov bildirib. Onun sözlərinə görə, 3.300-dən çox şəxs bu il cəza müddətinin başa çatması ilə əlaqədar probasiya qeydiyyatından çıxarılıb. Cəzanın icrasından boyun qaçırdığına və elektron nəzarət vasitəsilə aşkar olunan cəza çəkmə qaydaları üzrə pozuntulara yol verdiyinə görə 300-dən artıq məhkumun cəzası daha ağır, o cümlədən yarıdan çoxu azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR