Nazirlik: Bu il MİQ üzrə müsabiqədə rekord sayda iştirakçı olub

Təhsil Nazirliyi

© APA | Təhsil Nazirliyi

# 03 sentyabr 2021 17:27 (UTC +04:00)

“Bu il MİQ üzrə müsabiqədə rekord sayda iştirakçı olub”.

APA-nın məlumatına görə, bunu İnsan Resursları Mərkəzinin direktoru vəzifəsini icra edən Nurlan İsmayılbəyli müəllimlərin işə qəbulu müsabiqəsinin yekunları ilə bağlı çıxışında deyib.

O bildirib ki, müəllim olmaq istəyən şəxslərin sayı 62 242 nəfər olub: “Onlardan 59 153 namizədə test imtahanında iştirak imkanı yaradıldı. Bu da rekord rəqəm idi. Yekunda test imtahanına 46930 namizəd iştirak etdi. 12 mindən artıq namizəd ərizəsini təsdiq etsə də, test imtahanına gəlməyib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR