Nazirlik: Çirkab sularının Xəzərə axıdılmasına görə məsuliyyəti tək ETSN daşımır

Nazirlik: Çirkab sularının Xəzərə axıdılmasına görə məsuliyyəti tək ETSN daşımır
# 01 iyun 2021 16:58 (UTC +04:00)

“Ötən illərlə müqayisədə çimərlik ərazilərinə atılan plastik qabların sayı azalıb”.

APA-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər kompleks ekoloji monitorinq idarəsinin rəisi Nazim Mahmudov “Ekspert saatı”nda deyib.

O bildirib ki, əhalidə ekoloji şüur formalaşıb. Onun sözlərinə görə, bu istiqamətdə kifayət qədər dəyişiklik müşahidə olunur.

N.Mahmudov çirkab sularının Xəzərə axıdılmasından da danışıb. O bu məsələyə görə tək ETSN-in məsuliyyət daşımadığını bildirib: “”Azərsu” bu barədə düşünməlidir. Çirkab sularının idarə olunmasına cavabdeh qurum kimi "Azərsu”nun üzərinə məsuliyyət düşür. Dəfələrlə bu barədə cavabdeh qurumlar qarşısında məsələ qaldırmışıq, tələb qoymuşuq. Bunlar, sözsüz ki, maliyyə vəsaiti tələb edən məsələlərdir. Amma çalışıb, zamanla bunları aradan qaldırmaq lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR