Ötən ay zəhərlənmə ilə bağlı KTM-ə müraciət edənlərdən 11-i ölüb

Ötən ay zəhərlənmə ilə bağlı KTM-ə müraciət edənlərdən 11-i ölüb
# 02 dekabr 2021 10:38 (UTC +04:00)

Noyabr ayı ərzində Kliniki Tibbi Mərkəzə zəhərlənmə faktı ilə bağlı 140 nəfər müraciət edib.

KTM-dən APA-ya bildirilib ki, müraciət edənlərin 72-si qadın, 42-si kişi, 26-sı uşaq olub. Onlar arasında sirkə turşusundan 25, dərmandan 52, spirtli içkidən 9, dəm qazından 21, zəhərli göbələkdən 8, qidadan 15, allergik reaksiyalardan isə 10 nəfər zəhərlənib.

Ay ərzində zəhərlənmə ilə bağlı Mərkəzə müraciət edənlərdən 11 nəfər dünyasını dəyişib, 128 nəfər sağalaraq evə buraxılıb, 1 nəfərin isə müalicəsi davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR