Pambıq tədarükü zamanı yanğın təhlükəsizliyinin təmin olunmasına dair tədbirlər davam etdirilir

Pambıq tədarükü zamanı yanğın təhlükəsizliyinin təmin olunmasına dair növbəti tədbir

© APA | Pambıq tədarükü zamanı yanğın təhlükəsizliyinin təmin olunmasına dair növbəti tədbir

# 09 sentyabr 2021 14:51 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Cəlilabad rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşlarının iştirakı ilə “Pambıq tədarükü və emalı zamanı yanğın təhlükəsizliyi tələbləri” mövzusunda maarifləndirici müşavirə keçirib.

APA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, müşavirədə xam pambığın yığılmasına, daşınmasına və emalına cəlb olunacaq kənd təsərrüfatı maşınlarının ilkin yanğınsödürmə vasitələri və qığılcımsöndürənlərlə təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb. Həmçinin, pambıq tarlalarının, pambıqqurutma meydançalarının ərazisində və yaxınlığında tonqal qalanması, açıq oddan istifadə edilməsi, siqaret çəkilməsinin yolverilməzliyi vurğulanıb. Eyni zamanda, müşavirədə su mənbələrinə yolların salınmasının, hovuzların yanında avtomobillərin manevr etməsi üçün meydançaların təşkil edilməsinin zəruriliyi də nəzərə çatdırılıb.

Daha sonra pambıq əkilmiş sahələrin ətrafındakı kommunikasiya xətləri olan ərazilərə baxış keçirilib, yanğın təhlükəsizliyi ilə bağlı aşkar edilmiş nöqsanların aradan qaldırılmasının vacibliyi məsul şəxslərin diqqətinə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR