Peşə təhsili üzrə ixtisasların sayı artırılıb

Nazirlər Kabineti

© APA | Nazirlər Kabineti

# 14 oktyabr 2021 16:45 (UTC +04:00)

Peşə təhsili üzrə ixtisasların sayı artırılıb.
APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nda müvafiq dəyişiklik edib.
Dəyişikliyə əsasən, Kosmetologiya ixtisas qrupu yaradılıb. Bu ixtisas qrupuna kosmetoloq, texnik, kosmesevt və masajist ixtisasları daxil edilib.
Eyni zamanda “Kənd təsərrüfatı, balıq və meşə təsərrüfatı” peşə istiqaməti üzrə mebel ustası, “Aviasiya, kosmik raket, dəniz texnikası və nəqliyyat vasitələri” peşə istiqaməti üzrə Avtomobil diaqnostikası və təmiri ustası, İlkin tələbat və ərzaq mallarının texnologiyası” peşə istiqaməti üzrə Üzümçülük və şərab ustası, “İnşaat və arxitektura” peşə istiqaməti üzrə isitmə-soyutma, havalandırma sistemləri və avadanlıqları üzrə montajçı ixtisasları yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR