Qazi və şəhid ailələri ilə bağlı “Məşğulluq marafonu”na 54 işəgötürən qoşulub

Qazi və şəhid ailələri ilə bağlı “Məşğulluq marafonu”na 54 işəgötürən qoşulub
# 14 iyun 2021 13:21 (UTC +04:00)

İşəgötürənləri şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatında daha fəal iştiraka təşviq məqsədilə başladılan “Məşğulluq marafonu” böyük maraqla qarşılanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən məlumata görə, “Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında keçirilən marafona artıq 54 işəgötürən qoşulub. Bakı və bölgələrdə fəaliyyət göstərən həmin işəgötürənlər onlarda mövcud olan və ya yeni yaratdıqları, müxtəlif peşə sahələrini əhatə edən 76 vakansiya müvafiq elektron platformaya daxil ediblər. Həmin vakansiyalar şəhidlərimizin ailə üzvlərinin, müharibədə yaralanmış qazilərimizin iş yerləri ilə təminatı üçün istifadə olunacaq.

Xatırladırıq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan marafona qoşulmaq istəyən işəgötürənlər bu məqsədlə vakansiyalarını dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR