Respublika Humanitar Fənlər Gimnaziyası bu gündən distant təhsilə keçib

Təhsil Nazirliyi

© APA | Təhsil Nazirliyi

# 14 oktyabr 2021 09:30 (UTC +04:00)

Təhsil Nazirliyinin tabeliyindəki S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının bir neçə şagird və müəlliminin Covid-19 testi pozitiv çıxıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.

Bu hal əsas götürülərək Nərimanov Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, gimnaziyada tədrisin bu gündən etibarən 14 gün müddətinə distant təşkil edilməsinə qərar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR