Səbailin küçə və prospektlərində yağış sularının kənarlaşdırılması üçün kompleks tədbirlər davam edir

Səbailin küçə və prospektlərində yağış sularının kənarlaşdırılması üçün kompleks tədbirlər davam edir
# 29 sentyabr 2021 16:30 (UTC +04:00)

Səbail Rayon İcra Hakimiyyətinin, Səbail Rayon Sukanal İdarəsinin və Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin birgə təşkilatçılığı ilə yağıntılar zamanı Səbail rayonunun bəzi küçə və prospektlərinin hərəkət hissəsində yığılıb qalan yağış sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış barmaqlıqları və yağış-kanalizasiya quyularının içərisi təmizlənərək yağış-kanalizasiya sistemlərinin ötürücülüyü bərpa olunur.

APA-nın xəbərinə görə, Səbail rayonunda payız-qış mövsümü ilə əlaqədar kompleks tədbirlərin həyata keçirilməsi davam edir və daim diqqət mərkəzində saxlanılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR