Bank Of Baku

Siyavuş Novruzov ehtiyatsızlıqdan törədilən cinayətlərə görə həbslərə qarşı çıxıb 

Siyavuş Novruzov, Milli Məclisin Regional məsələlər komitəsinin sədri

© APA | Siyavuş Novruzov, Milli Məclisin Regional məsələlər komitəsinin sədri

# 20 dekabr 2021 11:48 (UTC +04:00)

“Ehtiyatsızlıqdan törədilən cinayətlərlə bağlı həbs qəti-imkan tədbirlərinin seçilməsini doğru saymıram”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.

Deputat Əminə Ağazadə isə deyib ki, ehtiyatsızlıqdan törədilən cinayət işləri ilə bağlı hüquq-mühafizə orqanları həbsə alternativ cəzalar tətbiq edir: “Ehtiyatsızlıqdan törədilən cinayət işləri üzrə, əsasən də yol nəqliyyat hadisələrində həbs qətimkan tədbiri, ümumiyyətlə, tətbiq olunmur”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR