Paşha Bank
Bank Of Baku

Dövlət Əmək Müfəttişliyi: İşdən qanunsuz çıxarılmış 72 nəfər əvvəlki işlərinə bərpa etdirilib

Dövlət Əmək Müfəttişliyi: İşdən qanunsuz çıxarılmış 72 nəfər əvvəlki işlərinə bərpa etdirilib
# 11 noyabr 2026 15:57 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti yanvar-oktyabr ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 593 min manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

Nazirlikdən APA-ya verilən məlumata görə, görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib. Bu vəsaitlərin 90 faizi əməkhaqqı, 10 faizi isə zərərə görə ödənc, müavinət və kompensasiyalardan ibarət olub.

Qeyd olunub ki, müraciətlərin araşdırılması zamanı Dövlət Əmək Müfəttişliyi Xidməti 72 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini də müəyyən edib. Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR