Son 5 ildə sosialyönümlü xərclərin büdcədə çəkisi 1,9 dəfə artıb

Son 5 ildə sosialyönümlü xərclərin büdcədə çəkisi 1,9 dəfə artıb
# 05 noyabr 2021 12:12 (UTC +04:00)

Son 5 ildə sosialyönümlü xərclərin dövlət büdcəsi xərcləri tərkibində xüsusi çəkisi 1,9 dəfə artıb.

APA-nın məlumatına görə, bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, 2018-2022-ci illər ərzində sosialyönümlü xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 14,7 faiz bənd, mütləq ifadədə isə 6654,1 milyon manat və ya 1,9 dəfə artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR