Tikintidə əmək münasibətləri ilə bağlı aparılan monitorinqin nəticələri açıqlanıb

Tikintidə əmək münasibətləri ilə bağlı aparılan monitorinqin nəticələri açıqlanıb
# 18 noyabr 2021 12:10 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən indiyə kimi tikinti obyektlərində əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı 213 monitorinq həyata keçirilib.

APA-nın Mərkəzə istinadən verdiyi xəbərə görə, monitorinq edilmiş işçilərin sayı 7997, monitorinq edilmiş işəgötürənlərin sayı 386 olub.

Monitorinq zamanı qeyri-formal məşğulluq səviyyəsi 17,2% təşkil edib.

Monitorinqlərin keçirilməsindən sonra 181 865 əmək müqaviləsi imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR