Azərbaycanda bütün evlərin asbest şiferli dam örtükləri dəyişdiriləcək
Kürdəmir rayon icra hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Vasif Məmmədov APA-nın yerli bürosuna bildirib ki, artıq bir neçə gündür asbest örtüklü evlərin siyahıya alınması və onların dam örtüklərində ölçü işləri aparılır: “Kürdəmir şəhərində və 61 kənddə asbest örtüklü evlərin dəqiq sayı yaxın bir həftə ərzində məlum olacaq. Niyə məhz asbest örtüklü evlərin qeydiyyata alınmasının dəqiq səbəbini bilmirik. Ola bilsin ki, həmin materiallar insan sağlamlığı üçün ziyanlıdır. Amma dam örtüklərinin dəyişdiriləcəyi və ya bununla bağlı vətəndaşlara hansı yardımların veriləcəyi barədə məlumatımız yoxdur. Sadəcə belə evləri siyahıya alırıq və dam örtüklərinin eni və uzunluğu ölçülərək neçə kvadrat olduğu müəyyənləşdirilir”.
Rayonun Çöhranlı kəndi üzrə icra nümayəndəsi Fərman Həmidov APA-ya bildirib ki, kənddə evlər siyahıya alınıb və məlumat icra hakimiyyətinə təqdim olunub: “Çöhranlı kəndində mövcud olan 245 fərdi yaşayış evindən 155-nin dam örtüyünün asbest örtüklü olduğu müəyyən edilib və ölçüsü aparılıb. Kənd icra nümayəndəliyinin və bələdiyyənin yerləşdiyi bina, məktəb və klub da həmin siyahıya daxil edilib. Belə tikililərin nə üçün siyahıya alındığını bilmədiyimizə görə bununla bağlı vətəndaşların suallarına da konkret cavab verməkdə çətinlik çəkirik”.
Ağsu rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri İqbal Mikayılov APA-ya bildirib ki, rayon mərkəzində və 78 kənddə siyahıya alma və ölçü işləri aparılır. O, hazırda Nazirlər Kabinetinin xidməti məktubuna əsasən bu istiqamətdə verilən tapşırığın icra olunduğunu və bunun səbəbinin açıqlanmadığını bildirib.
Ucar rayonunda da asbest şiferli tikililərin siyahıya alınmasına başlanıb. Ucar rayon icra hakiminin birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Əbil Mehdiyevin APA-ya verdiyi məlumata görə, Nazirlər Kabinetinin göstərişinə əsasən, rayonda dam örtüyü asbest şiferdən olan bütün tikililərin aprel 1-dən siyahıya alınmasına başlanıb. Siyahıya alınma yerli icra nümayəndəlikləri tərəfindən aparılır və prosesin ayın 7-nə kimi başa çatdırılması nəzərdə tutulur. Siyahıya alınmanın hansı məqsədlə aparılması barədə hələlik rəsmi orqanlar heç bir açıqlama vermir. Yerli sakinlər isə radiasiya ilə əlaqədar olaraq asbest şiferlərin yeni dam örtüyü ilə əvəz olunacağını deyir.
Hökumətdəki mənbələrdən APA-ya verilən məlumata görə, asbest örtüklü damların dəyişdirilməsi məsələsi həqiqətən də gündəmdədir. Lakin hələlik bununla bağlı hökumətin rəsmi qərarı yoxdur, sadəcə ilkin təhlillər və araşdırmalar aparılır. Məlumata əsasən, bu layihə kifayət qədər böyük vəsait tələb edir. Amma Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalar, o cümlədən Avropa Sosial Xartiyası qarşısında müəyyən öhdəlikləri var. Mənbə onu da bildirib ki, artıq respublikada asbest şiferlərin istehsalı aparılmır.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutun direktoru Adil Qəribov APA-ya açıqlamasında bildirib ki, asbest şiferlər günəş altında azot tərkibli kanserogen, zərərli maddələr buraxır: ”Beynəlxalq səviyyədə ekspertlərin müəyyən etdiyi belə bir tibbi nəticə var ki, bu maddələr xərçəng xəstəliklərini stimullaşdırır. Ona görə də dünya miqyasında inkişaf eləmiş ölkələrin çoxunda asbest şiferlərdən istifadəyə məhdudiyyət qoyulub. Azərbaycan da inkişaf etmiş ölkə sayılır. Ona görə də asbest şiferlərin yaratdığı problem gündəmə gəlib”.
Sosial
Ağdam və Xocavəndə daha 78 ailə köçürülüb - FOTO
“Maraqların toqquşması haqqında” qanun layihəsinin əsas prinsipləri açıqlanıb
Professor Adilə Abbasova vəfat edib
Vəzifəli şəxsin gəlirləri üzrə məhdudiyyətlər müəyyənləşir
Xəbər Lenti
Bu günün valyuta məzənnələri
“Bitcoin”in qiyməti 78 min dollara kimi enib
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
ABŞ-da iki helikopter toqquşub, 3 nəfər ölüb
WSJ: Ağ Ev rəhbərinə İrana yeni zərbələrlə bağlı variantlar təqdim edilib
Ağdam və Xocavəndə daha 78 ailə köçürülüb - FOTO
ABŞ generalı Ukrayna və İranla bağlı məxfi məlumatları sızdırdığını etiraf edib
“Google” bir gündə təxminən 500 milyard dollar dəyər itirib
Avropaya qışda 69 milyon ton mayeləşdirilmiş qaz lazım olacaq
Rusiya Kiyevə ballistik raketlə zərbə endirib, ölən var
Rusiya XİN Aİ və NATO-nu ABŞ-ın Ukrayna üzrə danışıqlarına mane olmaqda ittiham edib
İsraildə parlament seçkilərində Netanyahunun "Likud" Partiyası qalib gəlib
Ər-Riyada raket hücumu nəticəsində bir nəfər yaralanıb
KİV: Almaniyanın silah tədarükünü gecikdirməsi səbəbindən NATO-nun müdafiə planları ləngiyir
Macarıstan və ABŞ Avropaya qaz tədarükü ilə bağlı saziş imzalayıb
Tovuzda iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb - FOTO
Bakıda iki yük avtomobili toqquşub, ağır yaralanan var - VİDEO - YENİLƏNİB-1
Macarıstanın Baş naziri Orbanın BMT rəhbərliyinə namizədliyini sərt tənqid edib
KİV: Avropa ölkələri Rusiya ilə danışıqlar aparacaq nümayəndəni müəyyənləşdirə bilmir
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib - FOTO
Tovuzda yaşayış evində 50 yaşlı kişinin meyiti aşkarlanıb
KİV: Almaniya Rusiya və Belarusu izləmək üçün Litvada xüsusi hərbi sistemlər yerləşdirəcək
Britaniyanın “Shell” şirkəti dizel yanacağı istehsalında rekord göstəriciyə nail olub
Qalibaf: İranın yeddi şərti qəbul edilmədən danışıqlarda irəliləyiş mümkün deyil
Putin: Rusiya Baltik dənizində Hörmüz boğazı və Fars körfəzindəki vəziyyətə bənzər gərginliyin yaranmasını istəmir
Putin: Rusiya ilə Avropa arasında müharibə olarsa, qalib olmayacaq
Pit Heqset məxfi məlumatların sızdırılmasına görə Pentaqonun yüksəkvəzifəli əməkdaşını işdən azad edib
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO
İspaniyada qatar qəzasında ölənlərin sayı 74-ə çatıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə əlaqədar başsağlığı verib
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
Bosniya və Herseqovinada Aİ-nin hərbi helikopteri qəzaya uğrayıb, 3 nəfər ölüb
Şalva Papuaşvili: Cənubi Qafqazda sülh Qara dəniz regionunun inkişafı üçün əsas şərtlərdən biridir
Sibiha: Zelenski Putinlə ərazi məsələlərini müzakirə etməyə hazırdır
Ceyranbatanda məktəbdə bir neçə şagird rotavirusa yoluxub - YENİLƏNİB-3
Könül Əliyeva BƏƏ keçirilən Böyük Dəbilqə turnirində qızıl medal qazanıb
Prezident İlham Əliyev Türkiyəyə niyə getmədi? - TƏHLİL
Azərbaycan cüdoçusu Əbu-Dabi Böyük Dəbilqəsinin qalibi olub
Tramp Braziliyadakı seçkiləri “böyük rüsvayçılıq” adlandırıb
Kapadokyada “Pəri bacası” uçub, 3 nəfər ölüb - VİDEO - YENİLƏNİB
"Fars": İran Vensin məktubuna cavab verməyib
Putinin köməkçisi: Rusiya-ABŞ-Ukrayna üçtərəfli danışıqları Kiyevin hərəkətlərindən asılıdır
Xalq artisti Zaur Rzayev vəfat edib
Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb
İsraildə səslərin 97,3%-i sayılıb: heç bir blok çoxluq əldə etməyib
İranın sabiq Ali Rəhbərinin oğlu Meysəm Xameneinin sağ olduğu açıqlanıb
Fərhad Məmmədov: Hansı bəyanatın sülhə uyğun olub-olmadığını Ermənistan müəyyən edə bilməz
Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyasının müzakirə edəcəyi məsələlər açıqlanıb
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib
AZAL və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən edib