Bakıda COVID-19 xəstələrinə xidmət edən tibb işçilərinə əlavələrin verilməsi müddəti uzadılıb

#
# 16:02
23 aprel 2021

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi müddəti uzadılıb. 

APA-nın məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. 

Qərara əsasən, müddət iyunun 1-dək uzadılıb. Əvvəl bu müddət martın 31-dək müəyyən edilmişdi. 

Qeyd edək ki, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində müddətli əlavə müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR