ETSN: Balıq ovuna kvotalarla bağlı müraciətlərin sayı artıb

ETSN: Balıq ovuna kvotalarla bağlı müraciətlərin sayı artıb
# 13 aprel 2021 16:42 (UTC +04:00)

“Kvota ilə bağlı hazırda yalnız Xəzər dənizində kilkə balıqlarının ovuna icazə var”.

APA-nın məlumatına görə, bunu “Ekspert saatı”nda Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova deyib.

Onun sözlərinə görə, digər su obyektlərində kvotalar artıq bitib: “Daxili su hövzələrindən isə Şəmkir və Mirgəçevir su anbarında çəkikimilərdə kvota qalıb. Kvotalarla bağlı hər il Nazirlər Kabinetinin xüsusi Sərəncamı olur”.

A. Səmədova qeyd edib ki, kvotalarla bağlı müraciət edənlərin sayında artım var: “Ötən il Sənaye balıq ovuna kvotalarla bağlı 178 müraciət olmuşdusa, bu il müraciətlərin sayı 307-yə çatıb. Bunların içində həm hüquqi, həm də fiziki şəxslər var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR