Ombudsman Aparatı: "Metsamor" AES-in fəaliyyəti bütün bölgə üçün ciddi təhlükədir

Ombudsman Aparatı: "Metsamor" AES-in fəaliyyəti bütün bölgə üçün ciddi təhlükədir
# 26 aprel 2021 17:29 (UTC +04:00)

Bu gün XX əsrin ən böyük texnogen faciəsi olan "Çernobıl" atom elektrik stansiyasında (AES) baş vermiş qəzadan 35 il ötür.

APA xəbər verir ki, bu barədə Ombudsman Aparatının məlumatında yer alıb.

Qeyd olunub ki, Çernobıl fəlakətinin uzunmüddətli nəticələri barədə məlumatlılığı artırmaq üçün BMT Baş Assambleyasının qətnaməsi ilə hər il 26 aprel tarixi anım günü kimi qeyd olunur:

"Yeri gəlmişkən, hazırda Ermənistanda texniki və mənəvi cəhətdən köhnəlmiş "Metsamor" AES-in fəaliyyət göstərməsi yalnız Azərbaycan və Ermənistanın özü üçün deyil, həm də bütün bölgə üçün ciddi təhlükədir. Bu stansiyanın yarada biləcəyi təhlükələri nəzərə alaraq, Çernobıl və Fukuşimaya bənzər növbəti fəlakətin qarşısını almaq üçün bütün müvafiq beynəlxalq təşkilatları stansiyanın təcili olaraq bağlanması, işinin təhlükəsiz şəkildə dayandırılması və radioaktiv tullantıların Beynəlxalq Atom Enerjisi Agentliyinin "İstifadə olunan Yanacaq İdarəetməsinin Təhlükəsizliyi və Radioaktiv Tullantıların İdarə Edilməsi Təhlükəsizliyi" haqqında Birgə Konvensiyasının, habelə AŞPA-nın 1588 saylı qətnaməsinin (2007) müəyyən etdiyi tələblərlə uyğun şəkildə ciddi beynəlxalq nəzarət altına alınması üçün təcili tədbirlər görməyə çağırırıq!"

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR