Magistraturaya qəbul imtahanının ikinci cəhdi üçün qeydiyyatdan keçənlərin sayı açıqlanıb

Dövlət İmtahan Mərkəzi

© APA | Dövlət İmtahan Mərkəzi

# 13 may 2021 10:56 (UTC +04:00)

2021/2022-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının ikinci cəhdi üçün qeydiyyatdan keçən bakalavrların sayı açıqlanıb.

APA-nın Dövlət İmtahan Mərkəzinə istinadən xəbərinə görə, magistraturaya qəbul imtahanının ikinci cəhdi üçün qeydiyyatdan keçənlərin sayı 14686 olub. Onlardan 13522-si Azərbaycan, 1164-ü rus bölməsidir.

Qeyd edək ki, ikinci cəhddə iştirak etmək üçün bakalavrların qeydiyyatı aprelin 30-dan mayın 8-dək internet vasitəsilə aparılıb. Magistraturaya qəbul imtahanının ikinci cəhdi mayın 26-da keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR