Ötən il 17 TSEK sədri işdən çıxarılıb

Ötən il 17 TSEK sədri işdən çıxarılıb

© APA | DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev

# 07 may 2021 11:55 (UTC +04:00)

“Hazırda 3 saylı DOST mərkəzində komissiya sədri yoxdur, həkim sayı da azdır”.

APA-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Facebook” səhifəsində “Sosial saat”da çıxış edən DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev bildirib. Onun sözlərinə görə, ötən il aparılan islahatlar vaxtı 17 TSEK (Tibbi-Sosial Ekspert Komissiyası) sədri işdən çıxarılıb: “Bəzilərinin də işi Prokurorluğa göndərilib. Ona görə o sahədə olan kadr çatışmazlığı DOST xidmətlərinin də göstərilməsində problem yaradır. Biz çalışırıq ki, harda Komissiya sədrləri varsa, vətəndaşları onlara yönləndirək". 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR