Aygün Kazımova: “Röya ağıllı olsaydı, internet səhifələrində deyil, başqa yerlərdə görünərdi”

Aygün Kazımova: “Röya ağıllı olsaydı, internet səhifələrində deyil, başqa yerlərdə görünərdi”
# 02 fevral 2007 14:57 (UTC +04:00)
“Röyanın əlindən tutub səhnəyə mən gətirmişəm. Onunla nə düşmənəm, nə də qan davasındayam. Sadəcə, ona öz dili ilə cavab verdim. Hər kəs öz dilində danışmalıdır. Röyanın iç üzünü faktlarla açdım. Qoy, tamaşaçılar onu tanısın”. Bu sözləri APA-ya açıqlamasında son zamanlar Röya ilə arasında yaranan qalmaqala aydınlıq gətirən Aygün Kazımova deyib. Röyanın onunla duet oxuması üçün növbədə durmasını məsləhət görən A.Kazımova bildirib ki, ilk növbədə xalq artisti İlhamə ilə duet oxuyacaq: “Mənimlə ancaq qızım rəqabət apara bilər və onun buna ixtiyarı var. Qızım 5 yaşından davamçımdır. Röya hədəfi düz götürməyib. Aygün heç zaman atəşə məruz qala bilməz. Hər bir insan addımını atanda bilməlidir ki, nə etmək istəyir. Röyanın bek-vokal oxumasını açıqlamaqla yanlışlığa yol verməmişəm. Tarkan, Sertap Erenər Sezen Aksunun bek-vokalı olub, ancaq sonradan qayıdıb onun üzünə ağ olmayıblar. Nə də deməyiblər ki, Aksunun qatarı çoxdan gedib. Bek-vokal oxumağı qüsur hesab etmirəm. Röya deyir ki, məndən olmayacaq. Bir dəfə onu yerində otuzdurmaq lazım idi. Aygün Kazımovadan yaxşı müğənninin olub-olmayacağını deyə bilmərəm. Bunu tamaşaçılar çox illərdən sonra deyə bilər. Röya mənim verdiyim məsləhətləri anlamadı, ağıllı olsaydı, anlayardı. Onda ağıl olsaydı, internet səhifələrində deyil, başqa yerlərdə görünərdi”.
A.Kazımovanın ittihamları ilə bağlı qarşı tərəfdən münasibət öyrənmək istəsək də, Röya ilə gün ərzində əlaqə saxlamaq cəhdimiz alınmayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR