Azərbaycan yığması Avropa Liqasında Ukrayna, İspaniya və Rumıniya ilə eyni qrupa düşüb

Azərbaycan yığması Avropa Liqasında Ukrayna, İspaniya və Rumıniya ilə eyni qrupa düşüb
# 17 dekabr 2019 16:56 (UTC +04:00)

Voleybol üzrə Avropa Liqasının püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, Lüksemburqda baş tutan mərasimdə Azərbaycan yığmalarının rəqibləri də bəlli olub.

Qızıl Avropa Liqasında mübarizə aparacaq qadınlardan ibarət milli komandamız C qrupunda qüvvəsini sınayacaq. Yığmamızın rəqibləri Ukrayna, İspaniya və Rumıniya voleybolçuları olacaqlar.

Yarışda ümumilikdə 12 komanda 3 qrupda mübarizə aparacaq.

Qrup qalibləri və həlledici mərhələyə ev sahibliyi edəcək Bolqarıstan “Dördlər finalı”da üz-üzə gələcəklər. Gələn il iyunun 20-21-də təşkil olunacaq bu mərhələnin mükafat fondu 305 min avrodur. Bunun 125 mini yarışın qalibinə çatacaq. Turnirin finalçıları Dünya Çağırış Kubokuna vəsiqə də əldə edəcəklər.

Kişilərdən ibarət Azərbaycan yığması isə Gümüş Avropa Liqasına yarışacaq. A qrupunda yer alan milli Finlandiya və Xorvatiya ilə münasibətinə aydınlıq gətirəcək. Bu liqada 6 ölkə oynayacaq. Ev-səfər prinsipi ilə baş tutacaq matçlardan sonra iki qrupun qalibi finalda qarşılaşacaq. Güclü olan tərəf Qızıl Avropa Liqasına yüksələcək.

Qeyd edə ki, hər iki yarışda qrup matçları gələn il may-iyun aylarında baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR