Azərbaycanda komanda idman növlərində sonuncu çempionat da başa çatdırılıb

Azərbaycanda komanda idman növlərində sonuncu çempionat da başa çatdırılıb
# 22 iyun 2020 11:00 (UTC +04:00)

Həndbol üzrə Azərbaycan çempionatları başa çatıb.

Bu barədə məlumatı apasport.az saytına Azərbaycan Həndbol Federasiyasının baş katibi Yusif Atakişiyev verib.

O bildirib ki, koronavirus pandemiyası üzündən martda dayandırılan kişilər və qadınlar arasında ölkə çempionatı davam etdirilməyəcək. Atakişiyevin sözlərinə görə, sərt karantin rejiminin uzanmasını nəzərə alan qurum 2019/20 mövsümünü başa çatdırmağa qərar verib.

Üç dövrəsi oynanılan çempionatın mövcud turnir cədvəlini yekun kimi tanıyan federasiya medalları arxada qalan oyunların nəticələrinə əsasən verməyi qərara alıb. Bununla da Azərbaycan çempionatlarının mükafatçıları, həmçinin avrokuboka gedəcək klubların adlarına aydınlıq gəlib.

Kişi həndbolçuların yarışında “Məhsul” çempion elan edilibsə, “Bakı” 2-ci, “Təhsil” 3-cü olub. Qadın komandaların mübarizəsində isə “Azəryol” qızıl medallara layiq görülüb. “Qarabağ” gümüş, “Azərsu” bürünc mükafatla kifayətlənib.

Baş katibin sözlərinə görə, çempion klubların avrokuboklarda planlaşdırılır.

Kişilər

Sıra

Klub

O

Q

H

M

T-F

Xal

1

Məhsul

9

8

0

1

281-208

16

2

Bakı

9

7

0

2

287-201

14

3

Təhsil

9

2

1

6

222-275

5

4

U-18

9

1

1

8

204-310

1

Qadınlar

Sıra

Klub

O

Q

H

M

T-F

Xal

1

Azəryol

9

8

0

1

296-226

16

2

Qarabağ

9

7

0

2

291-254

14

3

Azərsu

9

3

0

6

277-278

6

4

İdman Akademiyası

9

0

0

9

256-368

0

Qeyd edək ki, digər komanda idman növləri üzrə yarışlar da vaxtından əvvəl başa çatıb. Futbol, basketbol, voleybol üzrə Azərbaycan çempionatlarının mükafatçıları yarımçıq mövsümə əsasən müəyyənləşib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR