Dövlət Turizm Agentliyi: Bu ilin iki ayında Azərbaycana 72 min xarici vətəndaş gəlib

Dövlət Turizm Agentliyi: Bu ilin iki ayında Azərbaycana 72 min xarici vətəndaş gəlib
# 11 mart 2021 13:55 (UTC +04:00)

"Yanvar-fevral aylarında Azərbaycana təxminən 72 min xarici vətəndaş gəlib". 

Bunu APA-ya açıqlamasında Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Kənan Quluzadə bildirib. Onun sözlərinə görə, onlardan 36 mini yanvarda, 36 mini isə fevralda gəlib:

"Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 83 faiz azdır. Hazırda xarici ölkələrə gediş-gəliş var, bunun üçün xüsusi reyslər var. Amma bu o demək deyil ki, bu, turizm vəziyyəti kimi dəyərləndirilə bilər. İlin ikinci yarısı ilə bağlı ümidlərimiz var".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR