Bakı-Əl-Küveyt aviareysi açılıb

Bakı-Əl-Küveyt aviareysi açılıb
# 16 noyabr 2021 15:37 (UTC +04:00)

"Azərbaycan Hava Yolları" aviaşirkəti (AZAL) Heydər Əliyev Beynəlxalq Aeroportundan Küveytin paytaxtı Əl-Küveyt şəhərinə və geriyə xüsusi reyslər yerinə yetirəcək.

AZAL-dan "APA-Economics"ə verilən məlumata görə, Bakı-Əl-Küveyt-Bakı marşrutu üzrə birbaşa reyslərin 1 dekabr tarixindən həyata keçirilməsi nəzərdə tutulur. Reyslər həftədə iki dəfə – çərşənbə və şənbə günləri "Airbus A319" hava gəmisində yerinə yetiriləcək.

Reyslərə yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

Küveytə səyahət etməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan əvvəl bu ölkə ərazisinə giriş zamanı tətbiq olunan qayda və məhdudiyyətlərlə tanış olmaları tövsiyə olunur. Müvafiq məlumat aviaşirkətin saytında dərc olunub: https://www.azal.az/az/information/covid-kuwait.

Azərbaycana giriş qaydaları haqqında məlumatla burada tanış olmaq mümkündür: https://www.azal.az/az/information/covid-azerbaijan.

Sərnişin Əl-Küveytdən Bakıya uçuş zamanı COVID-19-a dair testi dövlət tərəfindən akkreditə olunmuş və PCR-testi üsulu ilə analiz götürən istənilən klinika və ya laboratoriyada verə bilər. PCR-testin mənfi nəticəsi barədə arayışda onun həqiqiliyini təsdiq edən QR-kodun olması tövsiyə edilir. Belə kodun mövcudluğu hava limanında rəsmiyyət prosedurlarından daha sürətli keçməyə kömək edəcək.

COVID-19 testinin nəticəsi uçuşdan əvvəl 72 saat ərzində etibarlı olmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR