Türkiyə səfirliyi yeni binaya köçüb, konsulluq şöbəsi əvvəlki binada fəaliyyət göstərir

Türkiyə səfirliyi yeni binaya köçüb, konsulluq şöbəsi əvvəlki binada fəaliyyət göstərir
# 03 aprel 2007 13:52 (UTC +04:00)
Türkiyənin Azərbaycandakı səfirliyi Səməd Vurğun-94 ünvanında yerləşən yeni binaya köçüb. Qeyd edək ki, binanın rəsmi açılış mərasimi martın 9-da Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilib. Səfirlikdən APA-ya bildirilib ki, konsulluq şöbəsi əvvəlki binada fəaliyyət göstərir. Mənbənin sözlərinə görə, bu şöbə də 2-3 aydan sonra yeni binaya köçəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR