Rusiyanın Azərbaycandakı səfiri: “Rusiya, ABŞ və Azərbaycan ekspertlərindən ibarət üçtərəfli komissiyanın Qəbələ RLS-ə səfəri sentyabrın 15-ə nəzərdə tutulub”

Rusiyanın Azərbaycandakı səfiri: “Rusiya, ABŞ və Azərbaycan ekspertlərindən ibarət üçtərəfli komissiyanın Qəbələ RLS-ə səfəri sentyabrın 15-ə nəzərdə tutulub”
# 04 sentyabr 2007 16:50 (UTC +04:00)
Rusiya, ABŞ və Azərbaycan ekspertlərindən ibarət üçtərəfli komissiyanın Qəbələ RLS-ə səfəri sentyabrın 15-ə nəzərdə tutulub. Hələlik bu qrafikə hər hansı dəyişiklik edilməyib. APA-nın məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov deyib. Onun sözlərinə görə, Rusiya tərəfdən ekspert komissiyasında XİN-in Şimali Amerika Departamenti rəhbərinin müavini və Müdafiə Nazirliyinin yüksək rütbəli məmurları təmsil olunacaq.
ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfərinə gəlincə, V. İstratov deyib ki, onların sentyabrın ortalarında gələcəyi haqda iki həftə öncədən informasiyası var: “Həmsədrlərin təkliflər paketində bəzi mübahisəli məqamlar var ki, bu barədə prezidentlər bir neçə dəfə açıqlama veriblər. Bu məqamlarla bağlı razılıq əldə olunub-olunmadığını bilmirəm”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR