Azərbaycanlı tələbələr Çində keçirilən Payız Festivalında iştirak ediblər

Azərbaycanlı tələbələr Çində keçirilən Payız Festivalında iştirak ediblər
# 22 oktyabr 2007 09:50 (UTC +04:00)
Azərbaycan Çində keçirilən Payız Festivalında iştirak edib. Bu barədə APA-ya məlumat verən Azərbaycanın Çində fövqəladə və səlahiyyətli səfiri Yaşar Əliyev Pekin Universitetində keçirilən festivalda Azərbaycanın bu ölkədə təhsil alan tələbələrin təmsil etdiyini deyib. Tələbələrimiz festival üçün hazırladığı stenddə Azərbaycanın əldə etdiyi uğurları əks etdirib və tədbirdə xüsusi proqramla çıxış ediblər. Qeyd edək ki, Payız Festivalına Azərbaycandan başqa 53 ölkənin təmsilçiləri qatılıblar. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR