ABŞ səfiri Ann Dersi: “Qəbələ RLS-lə bağlı qərarlar Azərbaycanla razılaşdırılmış şəkildə qəbul ediləcək”

ABŞ səfiri Ann Dersi: “Qəbələ RLS-lə bağlı qərarlar Azərbaycanla razılaşdırılmış şəkildə qəbul ediləcək”
# 24 oktyabr 2007 11:26 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Dersi ABŞ-ın müdafiə naziri Robert Qeytsin “ABŞ Şərqi Avropada raket əleyhinə müdafiə sistemin quraşdırılmasını təxirə sala bilər” bəyanatına münasibət bildirərkən deyib. Səfir bu formatda danışıqların 6 aydan sonra davam etdirilməsinin planlaşdırıldığını söyləyib: “ABŞ bu formatda strateji məsələlərlə bağlı danışıqları davam etdirəcək. Bizim ekspertlər bununla bağlı müzakirələr aparırlar”. Qəbələ RLS-dən Rusiya ilə ABŞ-ın birlikdə istifadəsi ilə bağlı məsələyə də münasibət bildirən A. Dersi bu hərbi bazanın Azərbaycana məxsus olduğunu bir daha vurğulayıb: “Hər hansı danışıqlarda Azərbaycanın iştirakı təmin ediləcək. Yəni Azərbaycan bu danışıqların bir hissəsi olacaq. Bütün qərarlar Azərbaycanla razılaşdırılmış şəkildə qəbul ediləcək”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR