Azərbaycanın Qırğızıstandakı səfiri bu ölkənin baş naziri ilə görüşüb

Azərbaycanın Qırğızıstandakı səfiri bu ölkənin baş naziri ilə görüşüb
# 08 fevral 2008 08:39 (UTC +04:00)
Bişkek APA. Azərbaycanın Qırğızıstandakı səfiri Arif Ağayev bu ölkənin baş naziri İqor Çudinovla görüşüb. APA-nın “AKİpress” agentliyinə istinadən verdiyi məlumata görə, Qırğızıstanın Azərbaycanla münasibətlərə böyük önəm verdiyini bildirən İ. Çudinov hələlik iqtisadi-ticarət əlaqələrinin potensialından tam istifadə edilmədiyini deyib: “Bu məsələ üzərində çox ciddi işləmək lazımdır. Digər sahələrdə əlaqələrimiz uğurla inkişaf edir”. A. Ağayev isə İ. Çudinovu baş nazir vəzifəsinə təyin olunması münasibətilə təbrik edərək onu Azərbaycana rəsmi səfərə dəvət edib. O, səfər çərçivəsində iqtisadi əlaqələrin genişləndirilməsi məqsədilə biznes-forumun keçirilməsinin nəzərdə tutulduğunu da vurğulayıb. Tərəflər hökumətlərarası komissiyanın iclasının keçirilməsi və perspektiv əməkdaşlıq planlarını da müzakirə ediblər.
Qeyd edək ki, Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin həcmi 2006-cı ildə 9 milyon dollar olduğu halda, ötən il 4,8 milyon dollara enib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR