AKP rəsmisi Ermənistan hökumətinə çağırış edib

Numan Kurtulmuş

© APA | Numan Kurtulmuş

# 07 dekabr 2021 14:51 (UTC +04:00)

Xüsusilə Zəngəzur dəhlizinin açılması nəticəsində Türkiyənin Asiya ilə, o cümlədən türk dövlətləri ilə əlaqələri daha da möhkəmlənəcək.

APA-nın xəbərinə görə, bunu bu gün İstanbulda Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin birinci müavini Numan Kurtulmuş Yeni Azərbaycan Partiyası sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, Türkiyə müharibədən sonra imzalanmış bəyanatların yerinə yetirilməsini arzu edir: “Bunun üçün isə Ermənistanın erməni lobbisinin göstərdiyi istiqamətdə yox, Ermənistanda yaşayan erməni xalqının mənafeyinə uyğun şəkildə Cənubi Qafqazda sülhə dəstək verməsinə ümid edirik. Çünki ABŞ-da, Fransada və başqa yerlərdəki erməni lobbisinin istəyi başqadır, Ermənistanın reallığı isə başqadır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR