Aleksandr Artamonov: “Azərbaycan Cənubi Qafqazda bir çox məsələləri diktə və həll edən bir mərkəzdir”

Aleksandr Artamonov

© APA | Aleksandr Artamonov

# 20 noyabr 2021 14:59 (UTC +04:00)

“Azərbaycan Prezidenti və dövlətinin siyasəti nəticəsində hazırda Azərbaycan ciddi regional dövlətə çevrilib”.

APA-nın məlumatına görə, bunu Ağdamda səfərdə olan Rusiyanın “Zvezda” telekanalının hərbi analitiki Aleksandr Artamonov bildirib.

“Zvezda” telekanalının hərbi analitiki deyib ki, Azərbaycan tək öz torpağını qaytarmayıb: “Azərbaycan indi Cənubi Qafqazda bir çox məsələləri diktə və həll edən bir mərkəzdir. Çox yaxşı haldır ki, Azərbaycan digər təsir mərkəzlərindən eyni məsafədədir. Azərbaycan öz iradəsini ortaya qoyub. Azərbaycan müstəqil siyasəti və güclü Ordusu olan müstəqil dövlətdir”.
Aleksandr Artamonov qeyd edib ki, Azərbaycan uzun müddət münaqişənin sülh yolu ilə həllini gözləyib, səbr edib: “Sonda isə başqa cür məsələnin həllini tapmayacağını görüb, qətiyyətli addım atıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR