Avropa Şurasının Baş katibi Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı bəyanat yayıb

Avropa Şurasının Baş katibi Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı bəyanat yayıb
# 17 noyabr 2021 12:58 (UTC +04:00)

Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç Azərbaycan - Ermənistan sərhədindəki gərginliklə bağlı bəyanat yayıb.

APA-nın xəbərinə görə, bu barədə Avropa Şurasının mətbuat xidməti məlumat yayıb.

Sərhəddə baş verən və hər iki tərəfdən itkilərlə nəticələnən insidentdən narahatlığını ifadə edən Avropa Şurasının Baş katibi atəşkəs xəbərini alqışladığını bildirib və hər iki tərəfi atəşkəsi qorumağa çağırıb.

"Biz etimad yaratmaq və barışığa kömək etmək məqsədilə bu iki üzv dövlət arasında dialoqun təşkilinə kömək etməyə hazırıq”, - deyə Mariya Peyçinoviç Buriç vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR