Azərbaycan ətraf mühitə verilən zərərə görə müvafiq məhkəmələrə müraciət edəcək

Ermənilərin törətdiyi ekoloji terrora həsr olunmuş tədbir

© APA | Ermənilərin törətdiyi ekoloji terrora həsr olunmuş tədbir

# 21 sentyabr 2021 11:19 (UTC +04:00)

“Ermənistanda Zəngəzur Mis-molibden kombinatını Almaniyanın "CRONİMET Holding" şirkəti işlədib. Bu kombinat Oxçuçayda ekoloji fəlakətə yol açıb”.

APA-nın məlumatına görə, bunu “Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında ətraf mühitin və təbii sərvətlərin vəziyyəti” mövzusunda brifinqdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib.

F. Şəfiyev qeyd edib ki, Avropada korporativ məsuliyyətə xüsusi diqqət yetirilir: “Mən özüm də Avropada işləmişəm, bunun şahidiyəm. Azərbaycana gələndə fərqli davranış sərgilənir. Ətraf mühitə verilən zərər və Azərbaycana məxsus yataqların qanunsuz istismarı ilə bağlı materiallar toplanır, bununla əlaqədar müvafiq məhkəmələrə müraciət ediləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR