Bank Of Baku

Azərbaycan və Latviya arasında konsulluq məsləhətləşmələri keçirilib

Azərbaycan və Latviya arasında konsulluq məsləhətləşmələri keçirilib
# 03 noyabr 2026 20:19 (UTC +04:00)

Riqada Azərbaycan və Latviya arasında konsulluq məsləhətləşmələri keçirilib.

APA xəbər verir ki, bu barədə səfir Nərminə Mustafayeva “X” hesabında paylaşım edib.

Məsləhətləşmələrdə Azərbaycan və Latviya xarici işlər nazirliklərinin, eləcə də müvafiq qurumların nümayəndələri iştirak ediblər.

Görüşdə konsulluq xidmətlərinin rəqəmsallaşdırılması, təcrübə mübadiləsi və praktiki əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Səfir latviyalı həmkarlarına səmimi qəbula və konstruktiv müzakirələrə görə təşəkkürünü bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR