Baş katib: "Heç bir ölkə Türk Dövlətləri Təşkilatının üzvləri qədər Rusiya ilə dost deyil"

Bağdad Amreyev

© APA | Bağdad Amreyev

# 03 dekabr 2021 14:03 (UTC +04:00)

"Dünyada heç bir ölkə Türk Dövlətləri Təşkilatının üzvləri qədər Rusiya ilə dost deyil".


APA-nın xəbərinə görə bunu, Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amrayev "Anadolu" agentliyinə müsahibəsində deyib.


Bağdad Amrayev Türk Dövlətləri Təşkilatının üzvlərinin Rusiyaya yaxın olduğunu qeyd edib: "Dünyada heç bir ölkə Rusiyaya Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, hətta Türkiyə qədər yaxın və dost deyil. Üstəlik, Rusiya ilə münasibətlərimizin bütün ehtiyacları hazırda qüvvədə olan çoxsaylı ikitərəfli sazişlərlə üst-üstə düşür".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR