Beynəlxalq səyahətçilər Ağdamda minatəmizləmə əməliyyatı ilə tanış olublar

Beynəlxalq səyahətçilər Ağdamda

© APA | Beynəlxalq səyahətçilər Ağdamda

# 27 sentyabr 2021 11:56 (UTC +04:00)

Ağdam şəhərinə gələn Beynəlxalq səyahətçilər ilk olaraq ANAMA-nın minatəmizləmə əməliyyatı ilə tanış olublar.

APA-nın Qarabağ müxbirinin xəbərinə görə, ANAMA-nın əməkdaşları səfər iştirakçılarına ermənilərin Ağdamı 28 il nəzarətdə saxladıqları zaman ərzində bütün əraziləri minaladıqlarını bildiriblər.

Qeyd olunub ki, minatəmizləyənlər indiyə qədər ilk olaraq yolları, elektrik xətləri çəkilən əraziləri, yaxın gələcəkdə inşa olunacaq sənaye parklarının və bəzi yaşayış binalarının ərazilərini minalardan təmizləyib. Eyni zamanda işğaldan əvvəl bəzi yaşayış məntəqələrinə gedən yollar da minalardan təmizlənib.

Sonra səyyahlar aşkarlanmış minaların partlayış yolu ilə zərərsizləşdirilmə prosesini izləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR