Ermənistan parlamentinin qapalı iclasında Azərbaycanla sərhəddə vəziyyət müzakirə olunub

Ermənistan parlamenti

© APA | Ermənistan parlamenti

# 26 oktyabr 2021 16:38 (UTC +04:00)

Ermənistan parlamentinin bu günü keçirilən qapalı iclasında Azərbaycan-Ermənistan sərhədində hazırkı vəziyyət müzakirə olunub.

APA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, iclasda Azərbaycan-Ermənistan sərhədlərinin demarkasiyası məsələsi də müzakirəyə çıxarılıb.

İclasda Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini Kamo Koçunts və Ermənistan Milli Təhlükəsizlik Xidməti Sərhəd Qoşunlarının komandanı Arman Maralçyan məruzə ilə çıxış edib.

Bu mövzuda təcili müzakirələrin keçirilməsi təşəbbüsünü müxalif “Ermənistan” və “Mənim şərəfim var” blokları irəli sürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR