Əsəd Qeysər: “Parlamentlərimiz qanunvericiliyi nəzərdən keçirərək ticarət üçün əlverişli şərait yaratmalıdır” 

Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər

© APA | Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər

# 27 iyul 2021 15:31 (UTC +04:00)

“Regional inteqrasiya iqtisadi inkişaf üçün böyük əhəmiyyət kəsb edir”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisdə keçirilən Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin Birinci Üçtərəfli Görüşündə Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər bildirib.

Əsəd Qeysər deyib ki, parlament sədrlərinin üçtərəfli görüş formatı böyük bir fürsətdir: “Təklif edirəm ki, bu ölkələrdən birinə səfər edən bu üç ölkənin prezidentləri parlamentlərə dəvət edilsin. Parlamentlərimiz qanunvericiliyi nəzərdən keçirərək ticarət üçün əlverişli şərait yaratmalıdır. Bu üç ölkənin gözəl təbiəti, insan resursları var, bu resurslardan istifadə etməliyik. Azərbaycan və Türkiyə mədəniyyət mərkəzlərinin Pakistanda yaradılmasını təklif edərdim. Eyni zamanda biz birgə sənədli filmlər çəkməliyik. Biz tələbə mübadiləsi həyata keçirməliyik. Mən Azərbaycan- Türkiyə- Pakistan qardaşlığını salamlayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR