Hindistan səfirliyi keramika məhsulları mövzusunda interaktiv vebinar təşkil edib

Hindistan səfirliyi keramika məhsulları mövzusunda interaktiv vebinar təşkil edib
# 27 iyul 2021 22:22 (UTC +04:00)

Hindistanın Azərbaycandakı səfirliyi keramika məhsulları mövzusunda interaktiv vebinar təşkil edib.

Hindistanın Azərbaycandakı səfirliyindən APA-ya verilən xəbərə görə, səfirlik Kimyəvi maddələrin və Əlaqədar Məhsulların İxracının Təşfiqi Şurası (CAPEXIL) ilə birgə iki ölkə arasında əməkdaşlıq potensialını araşdırmaq üçün interaktiv vebinar təşkil edib.

Tədbirdə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Konfederasiyasının nümayəndələri, həmçinin, Hindistan və Azərbaycanın 40-dan çox keramika plitələri, sanitar avadanlıqlar sektorunda fəaliyyət göstərən şirkəti iştirak edib.

CAPEXİL-in Keramika və Əlaqədar Məhsullar o cümlədən Odadavamlı məmulatlar üzrə Panelinin sədri S.K.Qoş vebinarda çıxış edərək bildirib ki, Hindistan keramika məhsullarının istehsalında təcrübəlidir və bu sahədə Azərbaycanla əməkdaşlığı artırmaqda maraqlıdır.

Hindistanın Azərbaycandakı səfiri B. Vanlalvavna görüşdə çıxış edərək Hindistanın keramika və porselen plitələrinin, eyni zamanda digər keramika məhsullarının Azərbaycan bazarında artıq tanındığı və Hindistan keramika məhsullarının keyfiyyətinin məlum olduğunu deyib. Bununla belə, o, Hindistanın keramika məhsullarının Azərbaycanda bazar payının artırılması üçün böyük potensial olduğunu vurğulayıb.

Daha sonra, vebinarda CAPEXİL-in vitse prezidenti çıxış edib. Çıxışların ardından vebinar Azərbaycan və Hindistan şirkətləri tərəfindən təqdimatlarla davam edib.

Qeyd edək ki, Hindistan və Azərbaycan arasında ikitərəfli ticarət 2021-ci ilin yanvar-iyun ayı ərzində ötən illə müqayisədə 21.7% artaraq 431.4 milyon ABŞ dolları olub. Hindistan Azərbaycanın qlobal tiracətində 3.04% paya sahib olmaqla Azərbaycanın 7-ci əsas ticarət tərəfdaşı olub. Azərbaycanın Hindistandan keramika məhsulları idxalı 2021-ci ilin yanvar-may ayları ərzində 1,478 milyon ABŞ dolları məbləğində olub və Azərbaycanın ümumi keramika məhsulları idxalının 3.7%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR