Hulusi Akar: “Minatəmizləmə işləri ciddi şəkildə aparılır”

Hulusi Akar: “Minatəmizləmə işləri ciddi şəkildə aparılır”
# 06 noyabr 2021 00:58 (UTC +04:00)

“Türkiyə və Azərbaycan silahlı qüvvələri Ermənistan tərəfindən mina və digər partlayıcılar yerləşdirilən ərazilərin təmizlənməsi və əhalinin bundan zərər çəkməməsi üçün ciddi şəkildə təmizləmə işləri aparır”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın Türkiyədəki Səfirliyinin Ankarada 8 noyabr Zəfər günü ilə bağlı keçirdiyi tədbirdə bildirib.

Nazir əlavə edib ki, indiyədək böyük ərazidə təmizlənmə aparılıb. Bu da bölgənin təhlükəsiz vəziyyətə gətirilməsi üçün görülən təqdirəlayiq işlərdən biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR