İstanbulda Türk Şurasının yeni binasının açılışı olub - VİDEO - YENİLƏNİB

İstanbulda Türk Şurasının yeni binasının açılışı olub - VİDEO  - YENİLƏNİB
# 12 noyabr 2021 19:55 (UTC +04:00)

Noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının katibliyinin yeni binasının açılış mərasimi olub.

APA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Macarıstanın Baş naziri Viktor Orban və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev açılış mərasimində iştirak ediblər.

Dövlət və hökumət başçıları binanın önündə ölkələrin dövlət bayraqlarını qaldırıb, katibliyin yeni binasının rəmzi açılışını bildirən lenti kəsiblər.

***

12:34

İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) yeni binasının açılışı olub.

APA-nın yerli bürosunun xəbərinə görə, açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Caparov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməmmədov və Macarıstanın Baş naziri Viktor Orban iştirak ediblər.

Qeyd edək ki, bu gün İstanbulda Türk Şurası dövlət başçılarının VIII Zirvə Görüşü keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR