Keçmiş səfir: "Azərbaycanın İsraildə Ticarət Nümayəndəliyinin açılması mühüm hadisədir"

İsrailin Azərbaycanda keçmiş səfiri Dan Stav

© APA | İsrailin Azərbaycanda keçmiş səfiri Dan Stav

# 29 iyul 2021 15:57 (UTC +04:00)

"Azərbaycanın İsraildə turizm və ticarət nümayəndəliyinin açılması mühüm hadisələrdən biridir".

APA-nın xəbərinə görə, bunu İsrailin Azərbaycandakı keçmiş səfiri Dan Stav videomüraciətində bildirib.

"Azərbaycanın İsraildə turizm və ticarət nümayəndəliyinin açılması iki ölkə arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsində mühüm hadisələrdən biridir.

Bu tədbirin iki ölkə arasındakı münasibətləri, xüsusilə iqtisadiyyat, yüksək texnologiyalar, kənd təsərrüfatı, sağalamlıq və bir çox digər mülki sahələrdə daha da inkişaf etdirəcəyinə inanıram", - deyə Dan Stav qeyd edib.

Qeyd edək ki, Dan Stav 2015-2019-cu illərdə İsrailin Azərbaycanda səfiri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR