Kreml Rusiya, Azərbaycan və Ermənistan liderlərinin bu gün keçiriləcək görüşü barədə məlumat yayıb

Kreml Rusiya, Azərbaycan və Ermənistan liderlərinin bu gün keçiriləcək görüşü barədə məlumat yayıb
# 26 noyabr 2021 02:48 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında hərbi əməliyyatların dayandırılmasına və atəşkəsə dair razılığın imzalanmasının bir illiyinə həsr olunan görüş noyabrın 26-da Soçidə baş tutacaq. Görüş V.Putinin təşəbbüsü ilə reallaşacaq.

APA-nın xəbərinə görə bu barədə “TASS” agentliyi Kremlin mətbuat xidmətinə istinadla məlumat yayıb.

Kremldən bildirilib ki, görüşdə tərəflər 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci ildə imzalanmış razılaşmaların icrasının vəziyyətini müzakirə edəcəklər.
Eyni zamanda, regionda sabitliyin möhkəmlənməsi üçün növbəti addımlar da müzakirə ediləcək. Tərəflər həmçinin regionda ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına da xüsusi diqqət yetirəcəklər.

Xəbərdə həmçinin V.Putinin İ.Əliyev və N.Paşinyanla təkbətək görüşəcəyi də bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR