Müdafiə naziri: “Türkiyə Cənubi Qafqazda sabitliyə böyük əhəmiyyət verir”

Hulusi Akar

© APA | Hulusi Akar

# 16 noyabr 2021 12:48 (UTC +04:00)

Türkiyə Cənubi Qafqazda sabitliyə böyük əhəmiyyət verir, regionda sülhün təmin olunması üçün böyük səy göstərir.

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə Böyük Milli Məclisində (TBMM) gələn ilin büdcə müzakirələri zamanı bildirib.

O, Azərbaycanın 30 ildir işğal altındakı torpaqlarını 44 gün davam edən “Tək Vətən Hərəkatı” ilə azad etdiyini, bu müddət ərzində Türkiyənin haqlı mübarizəsində Azərbaycanın yanında olduğunu xatırladıb.

““Tək Vətən Hərəkatı”ndan sonra imzalanan atəşkəs çərçivəsində yaradılan Birgə Mərkəzdə Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti və rus hərbçiləri xidmət aparır, sabitlik və atəşkəsin davamlı olması üçün səy göstərir”, - türkiyəli nazir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR