Nurlan Niqmatulin: "Bu Zəfər Avrasiya məkanında sabitliyin möhkəmləndirilməsi üçün yeni imkanlar yaradacaq"

Nurlan Niqmatulin

© APA | Nurlan Niqmatulin

# 08 noyabr 2021 18:35 (UTC +04:00)

Qazaxıstan Respublikası Parlament Məclisinin sədri Nurlan Niqmatulin Milli Məclisin sədri Sahibə Qafarovaya Zəfər Günü münasibətilə təbrik məktubu göndərib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, məktubda Nurlan Niqmatulin Milli Məclisin sədrini və deputatlarını Azərbaycanın ərazi bütövlüyünün bərpası günü kimi qeyd olunan Zəfər Günü münasibətilə ürəkdən təbrik edib. O, Azərbaycan xalqının bu Zəfərinin Cənubi Qafqazda iqtisadi əməkdaşlığın hərtərəfli inkişafı və Avrasiya məkanında sabitliyin möhkəmləndirilməsi üçün yeni imkanlar yaradacağına inamını bildirib.

Parlament sədri Qazaxıstan və Azərbaycan arasında mövcud olan dostluq münasibətlərinin və sıx parlament əlaqələrinin xalqlarımızın işıqlı gələcəyi naminə bundan sonra da sürətlə inkişaf edəcəyinə əminliyini ifadə edib.

Məktubunun sonunda Nurlan Niqmatulin Milli Məclisin sədrinə cansağlığı, uğurlar, qardaş Azərbaycan xalqına əmin-amanlıq və firavanlıq arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR