Qazaxıstanlı nazir: “Azərbaycan, Ermənistan və Rusiya arasında razılaşmaların icrasının regionun inkişafına təkan verəcəyinə ümid edirik”

Qazaxıstanlı nazir: “Azərbaycan, Ermənistan və Rusiya arasında razılaşmaların icrasının regionun inkişafına təkan verəcəyinə ümid edirik”

© APA | Qazaxıstan Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdi

# 21 iyun 2021 13:17 (UTC +04:00)

“Bu gün ikitərəfli, çoxtərəfli münasibətləri, regional və beynəlxalq məsələləri müzakirə etdik”.

APA-nın məlumatına görə, bunu bu gün azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra keçirilən brifinqdə Qazaxıstan Respublikası Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdi bildirib.

Qazaxıstan Baş nazirinin müavini deyib ki, dostluq və qardaşlıq əlaqələrinin əsası Ulu Öndər Heydər Əliyev və Qazaxıstanın Birinci Prezidenti - Elbası Nursultan Nazarbayev tərəfindən qoyulub, hazırda bu siyasət Azərbaycan və Qazaxıstanın dövlət başçıları İlham Əliyev və Kasım-Jomart Tokayev tərəfindən uğurla davam etdirilir: “Qazaxıstan strateji tərəfdaşlıq barədə sənədə yüksək qiymət verir”.

Muxtar Tleuberdi Azərbaycana məxsus ərazilərin geri qaytarılması münasibəti ilə Azərbaycanı təbrik edib, şəhidlərə rəhmət diləyib: "Fürsətdən istifadə edərək, beynəlxalq qanun və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında Azərbaycana məxsus olan ərazilərin geri qaytarılması münasibətilə Azərbaycanı təbrik etmək istərdim. Həlak olmuş hərbiçilərin və mülki şəxslərin doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verirəm. Allah rəhmət eləsin!”

Qonaq ümid etdiyini bildirib ki, Azərbaycan, Ermənistan və Rusiya arasında 10 noyabr 2020-ci il və cari ilin 11 yanvar tarixli üçtərəfli razılaşmaların həyata keçirilməsi regionda uzunmüddətli sülhə yol açacaq, Cənubi Qafqazın stabil və təhlükəsiz inkişafına təkan verəcək: “Regionda vəziyyətin stabilləşməsi Cənubi Qafqazın Qazaxıstan və Orta Asiya ölkələri ilə daha geniş transregional inteqrasiyası, Zəngəzur nəqliyyat dəhlizin açılmasını nəzərə alaraq, Xəzər liman infrastrukturun artan potensialın açılması üçün yeni şərtlər yaradır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR