Türkiyə Ali Məhkəməsinin Baş Prokuroru: "Erməni terrorunun nəticələrini Gəncədə gözlərimizlə görürük"

Türkiyə Ali Məhkəməsinin Baş Prokuroru Bekir Şahin Gəncədə

© APA | Türkiyə Ali Məhkəməsinin Baş Prokuroru Bekir Şahin Gəncədə

# 02 iyun 2021 11:15 (UTC +04:00)

“Qardaş Azərbaycanı ziyarət edirəm. Yaxşı bir ənənəmiz var, ilk ziyarəti qardaş Azərbaycana edirik”.

APA-nın yerli bürosunun məlumatına görə, bunu Gəncədə səfərdə olan Türkiyə Ali Məhkəməsinin Baş Prokuroru Bekir Şahin deyib.

Azərbaycanın Baş prokuroru Kamran Əliyevin bir müddət əvvəl Ankaraya səfər etdiyini qeyd edək B. Şahin bildirib ki, Türkiyə və Azərbaycan arasında qarşılıqlı əməkdaşlıq haqqında anlaşma yenilənib.

Ermənistanın Gəncədə törətdiyi terrordan danışan B. Şahin qeyd edib ki, müharibə zamanı xəbərləri televiziyalardan izləyiblər: “Burada da hər şeyi yerində gördüm. Ermənistanın hücumları nəticəsində ölən qardaşlarımıza Allah rəhmət eləsin, yaxınlarına səbir diləyirəm. Ermənilər Gəncədə mülki vətəndaşların yerləşdiyi ərazini atəşə tutublar, bunu gözlərimizlə gördük. Ermənilər hərbi obyekt kimi təqdim etməyə çalışsa da, hamının gördüyü kimi burada hərbi sahə olacaq yer yoxdur, hərbi əraziyə bənzər yer də yoxdur. Burada mülki vətəndaşların yaşadığı evlərdir. Müharibə bitənə qədər bütün xəbərləri izlədik, bu gün erməni terrorunun nəticələrini Gəncədə gözlərimizlə görürük”.

Baş prokuror Azərbaycan-türk torpağı olan Qarabağda insanların qalib, azad şəkildə yaşadığını görəcəklərini də qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR