Rüfət Quliyev MDB PA-nın İqtisadiyyat və maliyyə üzrə Daimi Komissiyasının sədr müavini seçilib

#
# 14:20
17 aprel 2021

MDB PA-nın yaz sessiyası çərçivəsində qurumun daimi komissiyalarının iclasları keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Milli Məclisin deputatlarından Arzu Nağıyev Təhlükəsizlik və yeni çağırışlara və təhdidlərə qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üzrə Birgə Komissiya ilə Müdafiə və təhlükəsizlik üzrə Daimi Komissiyanın iclaslarında, Emin Hacıyev Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə Daimi Komissiyanın iclasında və COVID-19 pandemiyası qarşısında demokratiya məsələlərinə həsr olunmuş sessiyada, Rüfət Quliyev İqtisadiyyat və maliyyə üzrə Daimi Komissiyanın iclasında  iştirak ediblər. İclasda Milli Məclisin deputatı Rüfət Quliyev MDB PA-nın İqtisadiyyat və maliyyə üzrə Daimi Komissiyasının sədr müavini seçilib.

MDB Parlamentlərarası Assambleyasının terrorizmə və ekstremizmə qarşı mübarizəyə həsr olunmuş konfransın seksiyalarında Milli Məclisin deputatları Nizami Səfərov, Arzu Nağıyev, Əminə Ağazadə müzakirə olunan məsələlərə münasibət bildiriblər. Burada keçirilən tədbirlərdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və MDB-nin Parlamentlərarası Assambleyasında Milli Məclisin daimi nümayəndəsi – Baş katibin müavini Aydın Cəfərov iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR